Bakı. 16 mart. REPORT.AZ/ Bakı Dövlət Sirkində "Gepardlar adası" adlı sirk proqramının tanıtımı keçiriləcək.
"Report" xəbər verir ki, sirk proqramının ilk nümayişi jurnalistlər üçün keçiriləcək.
Martın 17-də saat 13:00-də keçiriləcək tanıtım şousunda proqram haqqında məlumat veriləcək, nömrələrdən, o cümlədən gepardlar attraksionunun çıxışından fraqmentlər təqdim olunacaq, jurnalistlərin sualları cavablandırılacaq.
"Gepardlar adası" dünyanın yeganə bəbirlər attraksionuna tamaşa etmək istəyənlər martın 18-dən Bakı Dövlət Sirkinə gələ bilər.