Gənc Tamaşaçılar Teatrında “Sonluğun sonu” tamaşası nümayiş etdiriləcək

Gənc Tamaşaçılar Teatrında “Sonluğun sonu” tamaşası nümayiş etdiriləcək Psixoloji dram janrında hazırlanan yeni mono-tamaşanın quruluşçu rejissorları Nofəl Vəliyev və Güşvər Şərifovadır
İncəsənət
17 Noyabr , 2015 16:47
Gənc Tamaşaçılar Teatrında “Sonluğun sonu” tamaşası nümayiş etdiriləcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərən kiçik səhnədə yeni tamaşa nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, “Sonluğun sonu” adlanan yeni tamaşanın müəllifi mərhum dramaturq Rövşən Ağayevdir.

Psixoloji dram janrında hazırlanan mono-tamaşanın quruluşçu rejissorları Nofəl Vəliyev və Güşvər Şərifovadır.

Yeni səhnə əsərinin səhnə tərtibatı Zəminə Elbirə, musiqi tərtibatı İradə Muradovaya, işıq effektləri isə Vadim Kuskova və Rafael Xəlilova aiddir.

İfaçısı teatrın aktrisası Güşvər Şərifova olan tamaşada tənha, qoca və xəstə qadının birgünlük yaşam tərzinin vizual görüntüsü, onun acı etirafları aktrisanın ifasında tamaşaçıya inandırıcı ştrixlər, olduqca maraqlı tərzdə çatdırılır.

Tamaşanın ilin sonunadək təhvil verilməsi nəzərdə tutulub.

Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov bildirib ki, teatrın kiçik səhnəsi özünə güvənən hər bir yaradıcı şəxs üçün daha bir şans, yeni bir səhnə məkanıdır: "Teatrın istənilən aktyoru, yaxud rejissoru kiçik səhnədə özünü sınayıb təsdiq edə bilər. Bunun üçün hər bir şəraitimiz var”.

Xatırladaq ki, kiçik səhnə üçün hazırlanan tamaşalar yerli tamaşaçılarla bərabər, müxtəlif beynəlxalq teatr festivalları və teatr yarışmalarında nümayiş etdirilmək üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi