Gəncə teatrında Mirzə Ələkbər Sabirə həsr edilən tamaşa hazırlanır

Gəncə teatrında Mirzə Ələkbər Sabirə həsr edilən tamaşa hazırlanır Səhnə əsərinin premyerası iyunun əvvəlində olacaq
İncəsənət
31 May , 2016 12:59
Gəncə teatrında Mirzə Ələkbər Sabirə həsr edilən tamaşa hazırlanır

Bakı. 31 may. REPORT.AZ/ Gəncə Dövlət Dram Teatrında Şəfaət Mehdiyevin “Sabir” pyesi əsasında yeni tamaşa hazırlanır. 

Bu barədə "Report"a Gəncə Dövlət Dram Teatrından məlumat verilib.

Səhnə əsəri Mirzə Ələkbər Sabirin anadan olmasının 154-cü ildönümünə həsr olunub. Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi ilə hazırlanan tamaşa, Gəncə Dövlət Dram Teatrında müəllifin ikinci əsəridir.

Müəllifin ilk əsəri ötən əsrin 70-ci illərində xalq artisti, mərhum Məhəmməd Bürcəliyevin quruluşunda hazırlanan “Mirzə Fətəli” pyesi olub.

Yeni hazırlanan əsərin quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, quruluşçu rəssam Elnur Axundov, musiqi tərtibatçısı Tünzalə Mustafayevanındır.

Tamaşada xalq artisti Alim Məmmədov, əməkdar artist Faiq Qasımov, aktyorlar Vasif İsmayılov, Yusif Cəfərov, Mətləb Təhmazi, Akif Səfərov, Elmir Məmmədov, Rauf Hüseynov, Ramil Hüseynov, Elvin Almağıyev, Murad Meyfəliyev, aktrisalardan Sevda Orucova, Sevinc Hüseynova, Aysel Şərifova, Könül Kazımova, Şəbnur Allahverdi və Zeynəb Abdullayeva çıxış edəcək.

Tamaşanın premyerası iyunun əvvəlində olacaq.

Son xəbərlər

Orphus sistemi