Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır

Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır Yeni ilin ilk yaradıcılıq işi “Dəcəl keçi” olacaq
İncəsənət
15 Yanvar , 2015 15:47
Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın yaradıcılıq işlərinə start verilib. "Report" xəbər verir ki, bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.

Teatrda gənc yazıçı və dramaturq Pərvinin Azərbaycan xalq nağılları əsasında səhnələşdirdiyi “Dəcəl keçi” pyesi əsasında tamaşa hazırlanır. Tamaşanın bədii rəhbəri, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor asisstenti Sona Mustafayevadır.

Kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudbəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlər tənqid olunur.

Yeni səhnə əsərində rolları teatrın gənc aktyorları Səbinə Məmmədova, Aydın Dəmirov, Yusif Dadaşov, Ədalət Əbdülsəməd, Eyvaz İbrahimov, İlqarə Tosova, Hüsniyyə Əhmədova, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Anar Seyfullayev və Bəhram Həsənov ifa edəcəklər.

Tamaşanın premyerası martın 7-də baş tutacaq.

Qeyd edək ki, Pərvin bundan əvvəl də teatrın cari repertuarında olan Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson” (tərcümə) və xalq nağılı “Qoğalın nağılı” (səhnələşdirmə) tamaşalarının yaradıcılıq işində yaxından iştirak edib. 

Son xəbərlər

Orphus sistemi