Gənc Tamaşaçılar Teatrının aktrisası mükafata layiq görülüb

Gənc Tamaşaçılar Teatrının aktrisası mükafata layiq görülüb Aktrisa "2014-cü ildə uğurlu fəaliyyətinə görə" nominasiyasının qalibi olub
İncəsənət
3 Fevral , 2015 15:12
Gənc Tamaşaçılar Teatrının aktrisası mükafata layiq görülüb

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Səbinə Məmmədova “2014-cü ildə uğurlu fəaliyyətinə görə” nominasiyasına layiq görülüb. 

"Report" xəbər verir ki, bu barədə məlumatı Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti yayıb.

Gənc aktrisa bu mükafata teatr və kino sənəti sahəsində əldə etdiyi uğurlara görə layiq görülüb.

S.Məmmədova 1997-2009-cu illərdə Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb və sözügedən təhsil müəssisəsini xalq rəqsləri üzrə fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu fakültəsini fərqlənmə diplomu ilə başa vurub.

2013-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi