Gənc Tamaşaçılar Teatrı mövsümə yekun vurub

Gənc Tamaşaçılar Teatrı mövsümə yekun vurub İyulun 1-dən teatrın bölgələrə qastrol səfəri başlayır
İncəsənət
29 İyun , 2015 15:25
Gənc Tamaşaçılar Teatrı mövsümə yekun vurub

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 28-də mövsümə yekun vurub.

"Report" xəbər verir ki, teatr 87-ci mövsümü U.Şeksprin "Romeo və Cülyetta" tamaşası ilə bağlı elan edib.

"Romeo və Cülyetta" tamaşasının rejissoru, xalq artisti Cənnət Səlimovadır. Rollarda, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Mehriban Abdullayeva, əməkdar artistlər Şövqi Hüseynov, Nəsibə Eldarova, Nofəl Vəliyev, Nicat Kazımov və başqaları çıxış edib.

İyulun 1-dən teatrın qərb bölgəsinə qastrol səfəri başlayır.

Teatr M.F.Axundovun "Xırs Quldurbasan"komediyasını bölgə tamaşaçılarına təqdim edəcək.  

Son xəbərlər

Orphus sistemi