"Gələcəyin günəşi" adlı Uşaq və Gənclərin Beynəlxalq Yaradıcılıq Festivalı keçirilib

"Gələcəyin günəşi" adlı Uşaq və Gənclərin Beynəlxalq Yaradıcılıq Festivalı keçirilib Mərdəkan Mədəniyyət Sarayında keçirilən festivalda Gürcüstanın tanınmış qrupları çıxış edib
İncəsənət
14 Mart , 2016 21:19
Gələcəyin günəşi adlı Uşaq və Gənclərin Beynəlxalq Yaradıcılıq Festivalı keçirilib

Bakı. 14 mart. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə "Gələcəyin günəşi" adlı Uşaq və Gənclərin Beynəlxalq Yaradıcılıq Festivalı keçirilib.

"Report" xəbər verir ki, festivalda iştirak edən Gürcüstanın Dövlət Musiqi və Rəqs Ansamblının rəhbəri, "Şərəf" ordenli xoreoqraf Zaal Çumburadzenin rəhbərlik etdiyi "Qafqaz"  İncəsənət və Folklor Assosiasiyasının "Gələcək”, “Eleoni”, “Şən notlar”, “Laqundi”, “Məkan”, “Kvarlei art studia" uşaq rəqs qrupları çıxış edib.

Festivalda Mərdəkan Mədəniyyət Sarayının "Azərbaycan qartalları" və "Lalələr" rəqs kollektivlərinin çıxışı olub.

Festivalın əsas məqsədi iki ölkənin mədəniyyətlərini bir-birinə nümayiş etmək və rəqs kollektivlərinin dostluq bağlantılarının daha da möhkəmlənməsinə vasitəçi olmaqdır.

Tədbirdə yerli tamaşaçılarla yanaşı, qonşu ölkədən gəlmiş 200-ə qədər qonaq da iştirak edib.

Son xəbərlər

Orphus sistemi