Füzuli Teatrında "Həmyerlilər” tamaşası nümayiş etdirilib

Füzuli Teatrında "Həmyerlilər” tamaşası nümayiş etdirilib Tamaşanın quruluşçu rejissoru Əli Hüseynovdur
İncəsənət
21 İyun , 2016 13:01
Füzuli Teatrında Həmyerlilər” tamaşası nümayiş etdirilib

Bakı. 21 iyun. REPORT.AZ/ Füzuli Dövlət Dram Teatrında "Həmyerlilər” əsərinə ictimai baxış keçirilib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xəbərə görə, Füzuli Dövlət Dram Teatrının 2016-cı il üzrə repertuarında olan Altay Məmmədovun "Həmyerlilər” əsərinə ictimai baxış keçirilib.

Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Tamaşada əsas rollarda Sehran Xanlarov, Qaçaq Qarayev, İntizar Quliyeva, Elşən Gözəlov, Firuzə Səfərəliyeva, Elçin Məmmədov, Aygün Cəfərova, Fatimə Səfərəliyeva, Vüqar Babayev və başqaları çıxış edir.

Son xəbərlər

Orphus sistemi