Bakı. 9 fevral. REPORT.AZ/ Fevralın 26-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xocalı soyqırımına həsr olunan anım mərasimi keçiriləcək.
"Report" xəbər verir ki, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin çıxış edəcəyi anım mərasimində Azərbaycanın mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayevdir.