Fərhad Bədəlbəyli Ukrayna Milli Filarmoniyasında konsert verib

Fərhad Bədəlbəyli Ukrayna Milli Filarmoniyasında konsert verib O, Vaqif Mustafazadənin əsərlərini səsləndirib
İncəsənət
22 Sentyabr , 2015 13:57
Fərhad Bədəlbəyli Ukrayna Milli Filarmoniyasında konsert verib

Bakı. 22 sentyabr. REPORT.AZ/Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli Ukrayna Milli Filarmoniyasının Nikolay Lısenko adına sütunlu salonunda konsert verib.

"Report" xəbər verir ki, Ukrayna Milli Filarmoniyasında "Kiyev solistləri" kamera ansamblının da, konserti olub. Konsertin baş dirijoru qismində dünya şöhrətli violonçel ifaçısı, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski çıxış edib.

Konsertdə Bax, Şostakoviç, Mendelson, Britten kimi dünya klassikləri ilə yanaşı Azərbaycanın əfsanəvi bəstəkarı Vaqif Mustafazadənin də əsərləri səsləndirilib. Konsertdə Azərbaycan xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli “Kiyev solistləri"ni fortepianoda müşayiət edib. Konsert proqramının bitməsinə baxmayaraq, tamaşaçıların gurultulu alqışları ilə Fərhad Bədəlbəyli fortepianoda daha bir neçə əsəri solo ifa edib.

Konsertdə Yaponiyadan gənc və istedadlı pianoçu Ayko Yajima, habelə ukraynalı fleytaçı Mariya Kinax da iştirak edib.

Qeyd edək ki, konsertin tamaşaçıları arasında Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev, Azərbaycan səfirliyinin əməkdaşları, Ukrayna mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib. 

Son xəbərlər

Orphus sistemi