"Ər və arvad" tamaşası 50-ci dəfə nümayiş olunacaq

"Ər və arvad" tamaşası 50-ci dəfə nümayiş olunacaq Tamaşa noyabrın 21-də təqdim ediləcək
İncəsənət
16 Noyabr , 2015 14:06
Ər və arvad tamaşası 50-ci dəfə nümayiş olunacaq

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası yeni quruluşda, 50-ci dəfə nümayiş olunacaq.

"Report" xəbər verir ki, uzun müddətdir teatrın repertuarında olan tamaşanın yeni quruluşdakı 50-ci nümayişi noyabrın 21-də təqdim ediləcək.

Xatırladaq ki, tamaşanın quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur.

Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Gülcahan Salamova, Ağaxan Şərifov, Elxan İsmayılov və Fərid Rzayev ifa edir. 

Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrının əsası məhz “Ər və arvad” tamaşası ilə qoyulub. Bu əlamətdar hadisə ötən əsrdə - 1910-cu il mayın 24-də baş verib. Həmin vaxt bu ölməz səhnə əsərinin quruluşçu-rejissoru Hüseyn Ərəblinski olub. Elə həmin il ikinci dəfə səhnələşdirilən tamaşa Hüseynqulu Sarabskinin quruluşunda 7 oktyabrda tamaşaçılara təqdim olunub.

1939-cu il martın 8-də rejissor Həsən Əliyevin quruluşunda yenidən bu möhtəşəm əsər nümayiş etdirilib. Şəmsi Bədəlbəylinin quruluş verdiyi “Ər və arvad”ın premyerası isə 1941-ci il sentyabrın 15-də olub.

Bu əbədiyaşar əsəri iki dəfə (1997, 2010) rejissor Yusif Əkbərov səhnələşdirilib. Y. Əkbərovun ikinci – hazırkı quruluşunda premyerası 2010-cu ildə dahi Üzeyir Hacıbəylinin 125 və Azərbaycan Dövlət Musiqili Teatrının 100 illik yubileylərinə həsr olunub.

Son xəbərlər

Orphus sistemi