Əməkdar rəssam Naxçıvanda keçiriləcək festivalda iştirak edəcək

Əməkdar rəssam Naxçıvanda keçiriləcək festivalda iştirak edəcək Festival mayın 24-27-də olacaq
İncəsənət
18 Mart , 2016 12:00
Əməkdar rəssam Naxçıvanda keçiriləcək festivalda iştirak edəcək

Bakı. 18 mart. REPORT.AZ/ Mayın 24-dən 27-dək Naxşıvan Muxtar Respublikasında "Naxşıvan Bəşəriyyətin beşiyidir" adlı rəsm festivalı keçiriləcək.

Bu barədə "Report"a Azərbaycanın əməkdar rəssamı Eldar Qurban məlumat verib.

Əməkdar rəssam Naxçıvanda keçiriləcək festivalda ikinci dəfə iştirak edəcəyini bildirib.

Xatırladaq ki, Eldar Qurban Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirib. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edib. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülüb.

Son xəbərlər

Orphus sistemi