Əməkdar incəsənət xadimi üç yeni tamaşa hazırlayır

Əməkdar incəsənət xadimi üç yeni tamaşa hazırlayır Hər üç tamaşa bir neçə aydan sonra tamaşaçılara təqdim olunacaq
İncəsənət
4 Fevral , 2015 12:53
Əməkdar incəsənət xadimi üç yeni tamaşa hazırlayır

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Oruc Qurbanov üç yeni əsərin məşqinə başlayıb.

Bu barədə "Report"a rejissor özü məlumat verib.

O bildirib ki, hazırda Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng" adlı yeni əsərinin məşqlərinə başlanılıb.

Oruc Qurbanov baş rejissoru olduğu İrəvan Dövlət Dram Teatrının səhnəsində S.M.Qənizadənin vodevilləri əsasında "Məxfi xor-xor əməliyyatı" və C. Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi" əsəri əsasında yeni tamaşanın məşqlərinə də başlayıb.

Hər üç tamaşa bir neçə aydan sonra tamaşaçılara təqdim olunacaq.  

Son xəbərlər

Orphus sistemi