Əməkdar artist yubileyini doğulduğu qəsəbədə qeyd edəcək

Əməkdar artist yubileyini doğulduğu qəsəbədə qeyd edəcək Mirzə Ağabəylinin 65 yaşı tamam olub
İncəsənət
29 Avqust , 2015 11:22
Əməkdar artist yubileyini doğulduğu qəsəbədə qeyd edəcək

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Akademik Milli Dram Teatrının aktyoru Mirzə Ağabəylinin 65 yaşı tamam olub.

Aktyor "Report"a açıqlamasında deyib ki, yubileyini ailə üzvləri ilə birlikdə doğulduğu Buzovna qəsəbəsində qeyd edəcək.

Tamaşaçılar və sənət dostlarının onu unutmadığını deyən Mirzə Ağabəyli təbrik üçün zəng çalan hər kəsə təşəkkürünü bildirib: "Allah məni unutmayan hər kəsdən razı olsun. Dünən bir neçə telekanaldan da zənglər olub. Bu gün çəkilişə gələcəklər. Sağ olsunlar, məni unutmurlar. 65 yaşım tamam olur. Heç bilmədim, bu illər necə gəlib keçdi".

Xatırladaq ki, Mirzə Ağabəyli 1950-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub.

1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1975-ci ildə SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə S.Rəhman adına Şəki Dövlət Dram Teatında çalışmağa başlayıb.1982-ci ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına dəvət olunub. Bir müddət Milli Dram Teatrında çalışan aktyor sonralar sənət taleyini kino ilə bağlayıb. Kinoda yaratdığı ən yaddaqalan obrazı "Qəzəlxan" filmində ifa etdiyi Ağahüseyn rolu olub. 1995-ci ildə "Yük" filminə çəkilib və bu filmdə Musa Nağıyev obrazını canlandırıb. 

Mirzə Ağabəyli 2008-ci ildə yenidən Akademik Milli Dram Teatrına qayıdıb və hazırda bu teatrın aktyorudur.

Akademik Milli Dram Teatrının səhnəsində maraqlı obrazlar ifa edən aktyor "Azərbaycanfilm" kinostudiyasının çəkdiyi bədii filmlərdə müxtəlif rollar yaradıb. 

Son xəbərlər

Orphus sistemi