Əməkdar artist Sərvər Əliyev ürəyindən əməliyyat olub

Əməkdar artist Sərvər Əliyev ürəyindən əməliyyat olub Ağdam Dövlət Dram Teatrının baş rejissorunun ürəyinə 4 stent qoyulub
İncəsənət
3 İyun , 2016 20:11
Əməkdar artist Sərvər Əliyev ürəyindən əməliyyat olub

Bakı. 3 iyun. REPORT.AZ/ Ağdam Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev ürəyindən əməliyyat olunub. 

Bu gün uğurla başa çatan əməliyyatdan sonra ilk açıqlamasını "Report"a verən Sərvər Əliyev hazırda palataya köçürülüb. Aktyorun ürəyinə 4 stent qoyulub. İndi onun vəziyyəti yaxşıdır.

Onun sözlərinə görə, ürəyinin 4 damarı tutulmuşdu: "Ürəyimdə ciddi problem yaranmışdı. Bir neçə il əvvəl ürəyimə stent qoyulmuşdu. Sonuncu müayinə zamanı məlum oldu ki, ürəyimin 4 damarı tutulub. Bu səbəbdən əməliyyat olundum. Şəkər xəstəsi olduğumdan, əməliyyat riskli idi. Allaha çox şükür ki, hər şey uğurlu keçdi".  

Əməliyyat 1 saylı Şəhər Klinik Xəstəxanasında baş tutub. O, sabah evə buraxılacaq. 

Xatırladaq ki, Sərvər Əliyev 2015-ci ildə əməkdar artist fəxri adını alıb. 2016-cı il mayın 6-da Prezident mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi