Əməkdar artist ürək əməliyyatı keçirəcək

Əməkdar artist ürək əməliyyatı keçirəcək Sərvər Əliyev: "Əməliyyat maddi sıxıntılara görə gecikir"
İncəsənət
19 May , 2016 16:37
Əməkdar artist ürək əməliyyatı keçirəcək

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Ağdam Dövlət Dram Teatrının baş rejissoru Sərvər Əliyev ürək əməliyyatı keçirəcək. Bu səbəbdən əməkdar artist Ağdamdan Bakıya gəlib.

Bu barədə "Report"a Sərvər Əliyev özü məlumat verib. 

Onun sözlərinə görə, ürəyinin 4 damarı tutulub: "Ürəyimdə ciddi problem yaranıb. Bir neçə il əvvəl ürəyimə stend qoyulmuşdu. Sonuncu müayinə zamanı məlum oldu ki, hazırda ürəyimin 4 damarı tutulub. Bu səbəbdən yaxın günlərdə cərrahiyyə əməliyyatı olmalıyam. Şəkər xəstəsi olduğumdan, həkimlər açıq ürək əməliyyatı edə bilmirlər. Əməliyyat maddi sıxıntılara görə gecikir. Bunun üçün 6 min manat pul lazımdır. Allahın köməkliyi ilə tezliklə vəsaiti əldə edib, əməliyyat olunmalıyam"

Qeyd edək ki, Sərvər Əliyev 2015-ci ildə əməkdar artist fəxri adını alıb. 2016-cı il mayın 6-da Prezident mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi