Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Konservatoriyasında əməkdar artist Gülüstan Əliyevanın solo-konserti olacaq.
"Report" xəbər verir ki, konsert proqramı dekabrın 18-də Milli Konservatoriyanın Böyük zalında keçiriləcək.
Konsertdə "Xaric segah" muğamı, xalq və bəstəkar mahnıları, təsniflər səsləndiriləcək.