"Eliza" filminin çəkilişləri başa çatır

"Eliza" filminin çəkilişləri başa çatır İki gəncin məhəbbətindən bəhs edən filmdə baş rolları Dəniz Tacəddin və Toğrul Rza canlandırıblar
İncəsənət
18 Dekabr , 2014 15:31
Eliza filminin çəkilişləri başa çatır

Bakı.18 dekabr. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının nəzdində fəaliyyət göstərən "Debüt" studiyasında növbəti filmin çəkilişləri başa çatmaq üzrədir. Bu barədə "Report"a "Azərbaycanfilm" Kinostudiyasından məlumat daxil olub.

Yeni, qısametrajlı film "Eliza" adlanır. İki gəncin məhəbbətindən bəhs edən filmdə baş rolları Dəniz Tacəddin və Toğrul Rza canlandırıblar.

Qısametrajlı filmin quruluşçu rejissoru Məzahir Həşimov, quruluşçu operatoru Yuri Varnovski, icraçı prodüsseri Əlibala Rəhimovdur.

Qeyd edək ki, "Debüt" studiyasının bədii rəhbəri tanınmış rejissor Eldar Quliyev, studiyanın direktoru Vladimir Dudniçenkodur.

Son xəbərlər

Orphus sistemi