Bakı. 28 yanvar. REPORT.AZ/ Mərhum aktyor, Azərbaycanın xalq artisti Əliabbas Qədirovun 70 illik yubileyi keçiriləcək.
"Report" xəbər verir ki, yubiley tədbiri fevralın 17-də Akademik Milli Dram Teatrında olacaq.
Yubiley tədbirində Əliabbas Qədirovun sənət dostları, ailə üzvləri, aktyorun sənətini sevənlər iştirak edəcək.
Xatırladaq ki, mərhum aktyor 1946-cı il fevralın 13-də anadan olub. 2006-cı il martın 8-də 60 yaşında leykemiya xəstəliyindən dünyasını dəyişib.
Bu il aktyorun anadan olmasının 70, dünyadan köçməsinin 10 ili tamam olur.