“Əli və Nino” filmi “CinemaPlus”da nümayiş olunacaq - VİDEO

“Əli və Nino” filmi “CinemaPlus”da nümayiş olunacaq - VİDEO Film Azərbaycan dilində yayımlanacaq
İncəsənət
16 Sentyabr , 2016 13:42
“Əli və Nino” filmi “CinemaPlus”da nümayiş olunacaq - VİDEO

Bakı. 16 sentyabr. REPORT.AZ/ Oktyabrın 6-da “Əli və Nino” filmi “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. 

“Report”un məlumatına görə, film Azərbaycan dilində yayımlanacaq.

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri – Kris Tikye, rejissor – BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi - Academy Award mükafatı laureatı Kristofer Hemptondur.

Qurban Səidin eyni adlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi və fərqli dinlərə mənsub iki gəncin məhəbbəti haqqında danışır. Film 2015-ci ildə çəkilib. Çəkilişlər Bakıda – tarixi Köhnə şəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustan, Xınalıq və başqa yerlərdə aparılıb.

Filmdə Adam Bakri, Mariya Valverde, Xalit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa məşhur aktyorlar çəkiliblər. 

Son xəbərlər

Orphus sistemi