Uşaqların "Dostluq nağılı" konserti keçirilib

Uşaqların "Dostluq nağılı" konserti keçirilib Tədbirdə mərkəzin 300-ə yaxın dərnək üzvü öz bacarıqlarını göstəriblər
İncəsənət
20 Fevral , 2015 20:19
Uşaqların Dostluq nağılı konserti keçirilib

Bakı.20 fevral. REPORT.AZ/ Bu gün Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Təhsil Nazirliyinin tabeçiliyində olan Bakı şəhəri, Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Dostluq nağılı" adlı teatrlaşmış konsert proqramı keçirilib. "Report" xəbər verir ki, tədbirdə mərkəzin 300-ə yaxın dərnək üzvü öz bacarıqlarını göstəriblər.

"Milli rəqs", "Bal rəqsləri", "Müasir rəqs" dərnəyinin üzvləri rəngarəng geyimlərdə milli və dünya xalqlarının rəqslərini nümayiş etdiriblər. "Çiçəyim" uşaq teatr studiyasının üzvləri müxəlif nağıl qəhrəmanlarının geyimlərini geyiblər, moda nümayiş etdiriblər, gənc vokalçılar yeni uşaq mahnıları ifa ediblər.

Tədbirdə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Nizami Rayon İcra Hakimiyyəti, Türkiyə və Belarus səfirliklərindən və müxtəlif dövlət qurumlarından dəvət olunmuş qonaqlar və valideynlər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi