Dərbənd teatrında "Danabaşlar" tamaşasının premyerası keçiriləcək

Dərbənd teatrında "Danabaşlar" tamaşasının premyerası keçiriləcək Premyera Dərbənd şəhərində yerləşən Ləzgi Dövlət Dram Teatrının binasında olacaq
İncəsənət
24 May , 2016 17:53
Dərbənd teatrında Danabaşlar tamaşasının premyerası keçiriləcək

Bakı. 24 may. REPORT.AZ/ Dağıstanda fəaliyyət göstərən Dərbənd Azərbaycan Dövlət Dram Teatrında yeni tamaşanın premyerası keçiriləcək.  

Teatrın baş rejissoru Ərtoğrul Kamalov "Report"a açıqlamasında deyib ki, iyunun 2-də Cəlil Məmmədquluzadənin "Danabaşlar" əsərini nümayiş etdirəcəklər.

Onun sözlərinə görə, tamaşanın ideya xətti Cəlil Məmmədquluzadənin əsərindəki "oxumaq işıq, oxumamaq qaranlıq" ideyasından götürülüb: "Zülmət cəhalətin, işıq isə elmin, tərəqqinin rəmzidir. Bu da tamaşada müəyyən simvolika ilə öz əksini tapır. Amma tamaşa Kərbəlayilərin, Əhmədin və bütün bu personajların bədbəxtçilikləri ilə yekunlaşmır. Bir ümid və işıq yolu var. Seçim yenə tamaşaçınındır".

Birhissəli komediyanın quruluşçu-rejissoru Mir Sahib Ağazadəyə, musiqi tərtibatı isə Mir Sahib Agazadə və Amid Qasımova məxsusdur.

Tamaşanın quruluşçu-rəssamı teatrın baş rəssamı Naidə Əlimətovadır.

Tamaşanın premyerası Dərbənd şəhərində yerləşən Ləzgi Dövlət Dram Teatrının binasında olacaq. 

Son xəbərlər

Orphus sistemi