“Dəcəl çəpişlər” tamaşası 65-ci dəfə nümayiş olunacaq

“Dəcəl çəpişlər” tamaşası 65-ci dəfə nümayiş olunacaq Musiqili Teatr ikihissəli nağıl-tamaşanı təqdim edir
İncəsənət
18 Fevral , 2016 21:00
“Dəcəl çəpişlər” tamaşası 65-ci dəfə nümayiş olunacaq

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında Oqtay Zülfüqarov və Ramiz Heydərin “Dəcəl çəpişlər” ikihissəli musiqili nağıl-tamaşası 65-ci dəfə nümayiş olunacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı Musiqili Teatrın mətbuat xidməti yayıb.

İlk tamaşası 2015-ci il mayın 16-da olan “Dəcəl çəpişlər”in 65-ci nümayişi fevralın 20-də saat 12.00-də olacaq.

“Dəcəl çəpişlər” ikihissəli musiqili nağıl-tamaşası Azərbaycanın əbədiyaşar sənətkarlarından biri olan Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb. Bir sıra yeni obrazların, qəhrəmanların əlavə olunduğu səhnə əsərinin yaradıcı heyəti əsasən gənclərdən ibarətdir.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assisenti Elməddin Dadaşovdur. Tamaşada rolları Güldanə Əzimova, Elçin İmanov, Gülnarə Abdullayeva, Şaban Cəfərov, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Fərid Rzayev, Elnarə Nağdəliyeva, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Gülçöhrə Abdullayeva və Elməddin Dadaşov ifa edir. 

Son xəbərlər

Orphus sistemi