"Debüt" studiyasında yeni film çəkilir

"Debüt" studiyasında yeni film çəkilir "Bakı gecələri" adlı kinoalmanaxın çəkilişləri aprelin sonunda bitəcək
İncəsənət
2 Aprel , 2015 11:40
Debüt studiyasında yeni film çəkilir

Bakı. 2 aprel. REPORT.AZ/ "Debüt" studiyası yeni filmin çəkilişlərinə başlayır.

"Report" xəbər verir ki, aprelin ilk ongünlüyündə çəkilişlərinə start veriləcək kinoalmanaxın şərti adı "Bakı gecələri" adlanır. Kinoalmanaxa 5 novella daxildir. Hər novella qısametrajlı film kimi ekranlaşdırılacaq. Qısametrajlı filmlərin hər birinin xronometrajı 8-10 dəqiqə olacaq.

Kinoalmanaxın çəkilməsinin əsas məqsədi Bakı şəhərini tərənnüm etmək, Bakının gözəlliklərini, xüsusilə şəhərin gecə mənzərəsini nümayiş etdirməkdir. Kinoalmanaxın çəkilişləri aprelin sonunda bitəcək.

Qeyd edək ki, kinoalmanaxa daxil olan 5 novellanın ssenari müəllifi İlqar Fəhmidir.

Qısametrajlı filmləri gənc rejissorlar Rövşən Ağayev, Xədicə Qarayeva, Kəmalə Zəkiyeva, Gündüz Əliyev və Cabir Hacıyev ekranlaşdıracaq.

Filmlərin quruluşçu operatoru Yuri Varnovskidir.

Son xəbərlər

Orphus sistemi