"Çölçü" filmi yenidən festivala yola düşür

"Çölçü" filmi yenidən festivala yola düşür Filmin növbəti nümayişi Hindistan və Avstraliyada olacaq
İncəsənət
23 Yanvar , 2015 12:53
Çölçü filmi yenidən festivala yola düşür

Bakı. 23 yanvar. REPORT.AZ/ Tanınmış rejissor Şamil Əliyevin ekranlaşdırdığı "Çölçü" filmi iki beynəlxalq festivalda iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" Kinostudiyası yayıb.

"Çölçü" filmi Hindistanda keçiriləcək "II Noida Beynəlxalq film festivalı-2015”də ən yaxşı bədii film, rejissor, ssenari yazarı, operator, aktyor və aktrisa və digər nominasiyalarda yarışacaq.

Fevralın 14-də filmin mükafatlandırılma mərasimi olacaq.

"Çölçü" filminin növbəti səfəri Avstraliyaya gözlənilir. Martın 6-dan 15-dək Avstraliyanın Bayron Bey şəhərində keçiriləcək IX Bayron Bey Beynəlxalq film festivalında iştirak edəcək film bir neçə nominasiyada yarışacaq.

Qeyd edək ki, "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, rejissoru Şamil Əliyev, rəssamı Rafiq Nəsirov, operatoru Rafiq Quliyevdir.

Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Xatırladaq ki, "Çölçü" filmi indiyədək 27 beynəlxalq kinofestivalda iştirak edib.

Son xəbərlər

Orphus sistemi