Bakı. 9 aprel. REPORT.AZ/ Aprelin 9-da aktyor, rejissor, görkəmli kino xadimi Ceyhun Mirzəyevin 70 yaşı tamam olur. Bu münasibətlə yaxın günlərdə Dövlət Film Fondunda Ceyhun Mirzəyevlə bağlı yubiley tədbiri təşkil ediləcək.
Bu barədə "Report"a Dövlət Film Fondundan məlumat verilib.
Yubiley gecəsində Ceyhun Mirzəyevin keçdiyi qısa lakin şərəfli ömür və sənət yolundan bəhs ediləcək, çəkdiyi və aktyor kimi rol aldığı filmlərdən parçalar nümayiş etdiriləcək.
Ceyhun Mirzəyevin sənət dostları onun haqqında xatirələrini bölüşəcək.
Tədbirin keçirilmə vaxtı hələ dəqiqləşməyib.
Xatırladaq ki, Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da
Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent, rejissor köməkçisi aktyor və rejissor kimi filmlər çəkib.
"Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib.
Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film "Fəryad" olub.
Ceyhun Mirzəyev 1993-cü il martın 5-də vəfat edib.