​Cəmşid Naxçıvanski adına Hərbi Liseydə rəsm sərgisi keçirilib

​Cəmşid Naxçıvanski adına Hərbi Liseydə rəsm sərgisi keçirilib Sərgiyə gətirilən əsərlər Hərbi Liseyə hədiyyə edilib
İncəsənət
28 Mart , 2015 17:44
​Cəmşid Naxçıvanski adına Hərbi Liseydə rəsm sərgisi keçirilib

Bakı. 28 mart. REPORT.AZ/ Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilovun rəhbərliyi ilə rəyasət heyətinin üzvləri və digər tanınmış rəssamların əsərlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib.

"Report"un Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu cür rəsm sərgilərinin keçirilməsi artıq ənənə halını alıb. Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək bu tədbirin kursantların həyatlnda mühüm rol oynadığını vurğulayıb.

Sonra şəxsi heyət rəsm əsərləri ilə tanış olub. Sərgiyə gətirilən əsərlər Hərbi Liseyə hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi