Cahangir Novruzov türk səhnəsində yeni tamaşa təqdim edəcək

Cahangir Novruzov türk səhnəsində yeni tamaşa təqdim edəcək Tamaşa Adana Böyükşəhər Teatrında nümayiş olunacaq
İncəsənət
26 Mart , 2015 10:49
Cahangir Novruzov türk səhnəsində yeni tamaşa təqdim edəcək

Bakı. 26 mart. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov yeni tamaşasını türk tamaşaçılarına təqdim edəcək.

"Report" xəbər verir ki, 20 ildir Türkiyədə yaşayıb-yaradan sənətkar Adana Böyükşəhər Teatrında Qriqori Qorinin "Herostratı unudun" adlı əsərinə quruluş verib.

Tamaşanın premyerası aprelin 11-də Adanada olacaq.

İkipərdəli tragikomediyanı Cahangir Novruzov türk dilinə tərcümə edib.

Tamaşanın dekorasiya və geyim üzrə rəssamı Günəş Abbas, rejissor köməkçisi Başar Uğurdur.

Xatırladaq ki, Azərbaycanın görkəmli aktyoru və rejissoru olan Cahangir Novruzov 1995-ci ildən Türkiyədə fəaliyyət göstərir. 1997-ci ildən "Çukurova Universitetinin Dövlət Konservatoriyasında Teatr Ana Sənət Bölməsində" sənət fəaliyyətini davam etdirən Cahangir Novruzov uzun illər ərzində teatr tamaşalarına quruluş verib və türk tamaşaçılarına maraqlı əsərlər təqdim edib.

Cahangir Novruzov 2014-cü ildə Türk Dünyası Kültür və Sənətə verdiyi töhvələrə görə "Uluslararası Türk Kültür Təşkilatı "TÜRKSOY"-un medalı ilə təltif edilib.

Qeyd edək ki, Cahangir Novruzov Azərbaycanın gülüş kraliçası, böyük sənətkar Nəsibə Zeynalovanın oğludur.

Son xəbərlər

Orphus sistemi