“Bogema" Azərbaycan, Belarus və Ukrayna opera artistlərinin ifasında nümayiş etdiriləcək

“Bogema" Azərbaycan, Belarus və Ukrayna opera artistlərinin ifasında nümayiş etdiriləcək Tamaşanın nümayişi yanvarın 16-da olacaq
İncəsənət
7 Yanvar , 2016 20:58
“Bogema Azərbaycan, Belarus və Ukrayna opera artistlərinin ifasında nümayiş etdiriləcək

Bakı. 7 yanvar. REPORT.AZ/ Yanvarın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Boqema” operasının tamaşası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Opera və Balet Teatrının mətbuat xidməti yayıb.

Tamaşada azərbaycanlı vokalçılarla yanaşı, onların Ukrayna və Belarusdan olan həmkarları da iştirak edəcək.

Operada Mimi rolunu Ukrayna Milli Operasının solisti, Ukraynanın xalq artisti Olqa Naqornaya, Marsel partiyasını Belarus Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti Vladimir Qromov, Rudolf partiyasını isə digər bir belaruslu vokalçı Eduard Martınyuk ifa edəcək.

Tamaşada Azərbaycanın opera artistləri xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əkrəm Poladov (Kollen) təmsil edəcək

Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

Son xəbərlər

Orphus sistemi