Beynəlxalq Muğam Mərkəzi martda maraqlı tədbirlər keçirəcək

Beynəlxalq Muğam Mərkəzi martda maraqlı tədbirlər keçirəcək Mərkəz təşkil edəcəyi tədbirlərdə bayramları da nəzərə alıb
İncəsənət
1 Mart , 2016 22:13
Beynəlxalq Muğam Mərkəzi martda maraqlı tədbirlər keçirəcək

Bakı. 1 mart. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzi mart ayına maraqlı tədbirlər planı hazırlayıb.

Bu barədə "Report"a Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.

Martın 4-də mərkəzdə "Türk ədəbiyyatı günləri" çərçivəsində Nazim Hikmətə həsr olunmuş anım mərasimi keçiriləcək.

Martın 8-də Beynəlxalq Qadınlar günü münasibətilə muğam konserti təşkil ediləcək. Konsertdə Azərbaycanın tanınmış muğam ifaçıları bayram konserti ilə çıxış edəcək.

Martın 22-də isə Beynəlxalq Muğam Mərkəzi görkəmli şair, dramaturq Cəfər Cabbarlının doğum günü münasibətilə tədbir keçirəcək. 

Son xəbərlər

Orphus sistemi