Azərbaycanda "Beynəlxalq Koroğlu Festivalı" keçiriləcək

Azərbaycanda "Beynəlxalq Koroğlu Festivalı" keçiriləcək Festivalda Azərbaycan da daxil olmaqla, türk dilində çalıb, oxuyan aşıqlar iştirak edəcəklər
İncəsənət
3 Mart , 2016 16:19
Azərbaycanda Beynəlxalq Koroğlu Festivalı keçiriləcək

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanda "Beynəlxalq Koroğlu Festivalı" keçiriləcək.

Bunu "Report"a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin yeni seçilmiş sədri Məhərrəm Qasımlı deyib.

O bildirib ki, festivalda Azərbaycan da daxil olmaqla, Cənubi Azərbaycan aşıqları, həmçinin Türkiyə, Türkmənistan, türkdilli respublikaların aşıqları iştirak edə biləcəklər.

Məhərrəm Qasımlı ilin sonunadək Aşıqlar Birliyinin qurultayının keçiriləcəyini də deyib. 

Son xəbərlər

Orphus sistemi