Bakı. 25 noyabr. REPORT.AZ/ Dekabrın 3-də Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunmuş konsert keçiriləcək.
"Report" xəbər verir ki, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən konsertin hazırlanmasında məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir.
Konsertdə xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Səlim Abbasov (skripka), müğənnilər Bahar Lətifqızı, Mirkamil Kamilov, Vüsalə Əsgərova, Eldəniz Məmmədov, Şəhla Həmidova, İlahə İbadova, Elvin Abdullayev, Elcan Rzayev, Kəmalə Nəsibova və fiziki qüsurlu istedadlı ifaçılar Murad Sadıq, Minayə Şirinova, Polad Həsənov, Kifayət Mikyılova, Vüsalə Əliyeva, Xatirə Hacıyevə, Məhəmməd Abışov, Rövşən Manafov, Ağaməli Niftəlizadə, Gülnaz Talıbova iştirak edəcək və sevilən ifalarını səsləndirəcəklər.
Müğənniləri səhnədə Əsəd Əliyevin rəhbərliyi ilə fiziki qüsurlulardan ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edəcək.
Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi dekabrın 3-nü əlilliyi olan insanların beynəlxalq günü kimi qeyd olunması haqqında bəyannamə qəbul edib. Beynəlxalq Əlillər Gününün məqsədi bütün əlilliyi olan insanların hüquqlarını qorumaqdır