Bakıda VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festival sentyabrın 18-dən 28-dək davam edəcək
İncəsənət
7 Sentyabr , 2015 18:03
Bakıda VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunan VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. 

"Report" xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festival sentyabrın 18-dən 28-dək davam edəcək. 

Festivalda Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya, Kanada, Türkiyədən tanınmış musiqiçilər və kollektivlər - Liyepaya Simfonik orkestri, Gürcüstan Kamera Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksofon kvarteti, Mişel Kampanella, Oleq Poxanovski, Tanel Joamets, Azmex Kinan, Miina Yarvi və başqaları iştirak edəcək. 

Qeyd edək ki, Azərbaycan Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir.

Üzeyir Musiqi Günü münasibətilə ölkədə bir çox konsertlər, tədbirlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur.

2009-cu ildən başlayaraq Azərbaycanda 18-28 sentyabr tarixlərində keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyliyə həsr olunan Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edir. 

Son xəbərlər

Orphus sistemi