Bakıda Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək Festival dahi bəstəkarın doğum günündə başlayacaq
İncəsənət
23 Avqust , 2016 13:58
Bakıda Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakı. 23 avqust. REPORT.AZ/ Bakıda Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, tədbirin açılışı sentyabrın 18-də - dahi bəstəkarın doğum günündə olacaq. 

Sentyabrın 18-dən 27-dək davam edəcək festivalda Azərbaycanla yanaşı, xarici ölkələrdən gəlmiş, tanınmış musiqiçilər iştirak edəcəklər.

Beynəlxalq festival Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Bu münasibətlə ölkədə bir çox konsertlər, tədbirlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur.

2009-cu ildən başlayaraq, Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalı keçirilir. 

Son xəbərlər

Orphus sistemi