Bakıda Pyotr Çaykovskinin 175 illiyi qeyd olunub

Bakıda Pyotr Çaykovskinin 175 illiyi qeyd olunub Mayın 7-də dahi rus bəstəkarı Pyotr Çaykovskinin anadan olmasının 175 ili tamam olub
İncəsənət
8 May , 2015 10:08
Bakıda Pyotr Çaykovskinin 175 illiyi qeyd olunub

Bakı. 8 may. REPORT.AZ/ Bakıda dahi rus bəstəkarı Pyotr İlyiç Çaykovskinin 175 illiyi qeyd olunub. "Report" Rusiya informasiya-mədəniyyət mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində bu hadisəyə həsr olunan yaradıcılıq gecəsi keçirilib. 

Tədbiri açan muzeyin direktoru Alla Bayramova bəstəkarın yaradıcılıq irsi haqqında danışıb: "Azərbaycanda bir çox rus bəstəkarlarını sevirlər. Lakin Çaykovski və onun əsərləri bu sırada xüsusi yer tutur. Azərbaycanın bir çox musiqi xadimləri rus musiqi məktəbinin yetirmələridir. Və hər zaman onlar Çaykovskinin əsərlərini böyük sevgi ilə ifa edirlər".

Muzey əməkdaşları bu görüşlə bağlı bəstəkarın həyat və yaradıcılığına həsr olunan arxiv şəkillərinin nümayişini də təşkil ediblər.

Tofiq Quliyev adına 12 saylı və Əhməd Bakıxanov adına 6 saylı Bakı Musiqi Məktəblərinin şagirdləri P.Çaykovskinin əsərlərini, Bakı Musiqi Akademiyasının tələbələri isə onun romanslarını ifa ediblər. 

Son xəbərlər

Orphus sistemi