Bakıda Lüdviq van Bethovenin yubileyi qeyd olunacaq

Bakıda Lüdviq van Bethovenin yubileyi qeyd olunacaq Konsertə giriş sərbəstdir
İncəsənət
20 Aprel , 2015 16:04
Bakıda Lüdviq van Bethovenin yubileyi qeyd olunacaq

Bakı. 20 aprel. REPORT.AZ/ Bakıda dahi alman bəstəkarı Lüdviq van Bethovenin anadan olmasının 245-ci illiyi münasibətilə konsert təşkil ediləcək.

"Report"un Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, konsert Alman-Azərbaycan Mədəniyyət Birliyi tərəfindən aprelin 21-də "Kapellhaus"da keçiriləcək.

Konsertdə Azərbaycanın əməkdar mədəniyyət xadimləri Ceyhun Allahverdiyevin, əməkdar artistləri Sahib Paşazadə və Rəsul Abbasovun ifasında Lüdviq van Bethovenin "9-cu Sonata", "Kreutzer" və digər tanınmış əsərləri ifa olunacaq.

Konsertə giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi