Bakıda "Lenfilm"in filmlərinin nümayişinə başlanıb

Bakıda "Lenfilm"in filmlərinin nümayişinə başlanıb Filmlərin nümayişi “Bakıda Peterburq görüşləri” layihəsi çərçivəsində keçirilir
İncəsənət
19 May , 2016 20:52
Bakıda Lenfilmin filmlərinin nümayişinə başlanıb

Bakı. 19 may. REPORT.AZ/ Nizami Kino Mərkəzində "Lenfilm" kinostudiyasının çəkdiyi filmlərin nümayişinə başlanıb.

"Report" xəbər verir ki, Bakıda "Sankt-Peterburq görüşləri” layihəsi çərçivəsində keçirilən nümayişlər mayın 18-dən 20-dək davam edəcək.

Filmlərin nümayişi Sankt-Peterburq hökümətinin xarici əlaqələrlər üzrə Komitəsinin, Rusiya səfirliyinin, Rossəməkdaşlığın Azərbaycandakı nümayəndəliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşir.

Üç gün ərzində şəhər sakinləri və qonaqlar "Lenfilm" kinostudiyasının film kolleksiyasından ayrı-ayrı illərdə çəkilmiş filmləri izləyə bilərlər.

Filmlərin siyahısına “Moy dobrıy Papa”, “Poklonnitsa”, “Kontribusiya” adlı ekran əsərləri daxil edilib.

Filmlər hət gün saat 18:30-da nümayiş etdirilir.

Seanslara giriş sərbəstdir.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycanla Sankt-Peterburq arasında ikitərəfli elm, təhsil, mədəni əlaqələrin möhkəmlənməsi və genişləndirilməsidir.

Son xəbərlər

Orphus sistemi