Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalının proqramı açıqlanıb

Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalının proqramı açıqlanıb Festivalının açılışı oktyabrın 22-də saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində olacaq
İncəsənət
7 Oktyabr , 2016 15:24
Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalının proqramı açıqlanıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakıda oktyabrın 22-30-da Beynəlxalq Caz Festivalı keçiriləcək.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Mədəniyyət Fondunun keçirəcəyi festivalda Braziliya, Gürcüstan, İsveç, İspaniya, Fransa, Avstriya, Türkiyə, İtaliya, Norveç, Niderland, Almaniya, Macarıstan, Litva, Yaponiya və Kolumbiyadan olan məşhur musiqiçilərin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, festivalının açılışı oktyabrın 22-də saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində Qabriel Qrossi Kvartetinin konserti (Braziliya) ilə baş tutacaq.

Festivalın proqramı ilə bu link vasitəsilə tanış ola bilərsiniz:

Son xəbərlər

Orphus sistemi