Bakıda İsfar Sarabskinin konserti olacaq

Bakıda İsfar Sarabskinin konserti olacaq Konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilir
İncəsənət
3 Oktyabr , 2015 11:50
Bakıda İsfar Sarabskinin konserti olacaq

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Montreux jazz festivalı"nın qalibi, əməkdar artist "Zirvə" dövlət mükafatının laureatı İsfar Sarabski Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

"Report" xəbər verir ki, konsert noyabrın 1-də keçiriləcək.

Konsertdə İsfar Sarabski və caz qrupunun ifasında caz kompozisiyaları ifa ediləcək.

Noyabrın 1-də saat 20.00-də başlanacaq konsertin biletləri artıq satışa çıxarılıb.

Qeyd edək ki, biletlərin qiyməti 30-120 manatdır.

Son xəbərlər

Orphus sistemi