Bakıda “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib

Bakıda “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib Nazir çıxış edib
İncəsənət
1 Fevral , 2016 16:37
Bakıda “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib

Bakı. 1 fevral. REPORT.AZ/ Bakıda "Gəncliyin səsi" festivalının açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, 2 fevral - Gənclər gününə həsr olunan tədbirin açılışında iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Muğam Mərkəzinin foyesində olan gənclərin əl işlərindən ibarət sərgi ilə tanış olub.

Nazir çıxışında bildirib ki, bugünkü tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Festival gənclərin ekranlaşdırdığı filmlə davam edib. Film müharibədə iştirak edib, hər iki gözündən əlil olan gəncin taleyindən bəhs edir.

Qeyd edək ki, festival fevralın 5-dək Bakı və Gəncə şəhərlərində keçiriləcək. Festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Festivalda mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin, tamaşa və film nümayişlərinin təşkili nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi