Bakıda 11 yaşlı rəssamın rəsm əsərlərinin satışından əldə olunan vəsait uşaq evlərinə veriləcək

Bakıda 11 yaşlı rəssamın rəsm əsərlərinin satışından əldə olunan vəsait uşaq evlərinə veriləcək Rəssam Aydan Məmmədzadənin fərdi sərgisinin açılışı olub
İncəsənət
18 Fevral , 2015 11:22
Bakıda 11 yaşlı rəssamın rəsm əsərlərinin satışından əldə olunan vəsait uşaq evlərinə veriləcək

Bakı. 18 fevral. REPORT.AZ/ "Qalereya 1969" sərgi salonunda 11 yaşlı rəssam Aydan Məmmədzadənin fərdi sərgisinin açılışı olub.

"Report" xəbər verir ki, sərginin açılışında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, ölkənin rəssamlıq məktəbinin yüksək nailiyyətlərindən söz açıb, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın istedadlı uşaqlara göstərdiyi böyük qayğı və dəstəyi xüsusilə vurğulayıb.

Nazir müavini Aydan Məmmədzadənin rəsm əsərlərinin gözəlliyini qeyd edərək, ona seçdiyi bu sənət yolunda yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru xalq rəssamı Fuad Salayev və Rəssamlar İttifaqının Katibi xalq rəssamı Ağaəli İbrahimov çıxış ediblər.
A.Məmmədzadənin fərdi sərgisi həm də xeyriyyə aksiyası kimi nəzərdə tutulub. Belə ki, satılan rəsm əsərlərindən əldə olunan vəsait uşaq evlərinə veriləcək.
Yaşının az olmasına baxmayaraq, Aydan Məmmədzadə artıq beynəlxalq müsabiqə laureatıdır. O, Fransanın Luvr muzeyində keçirilən 37-ci "Sumitomo life" beynəlxalq rəsm müsabiqəsində iştirak edərək gümüş medala layiq görülüb.

Son xəbərlər

Orphus sistemi