Bakı Uşaq Teatrında yeni tamaşanın premyerası keçiriləcək

Bakı Uşaq Teatrında yeni tamaşanın premyerası keçiriləcək Tamaşa Abdulla Şaiqin "Danışan gəlincik" əsəri əsasında hazırlanıb
İncəsənət
10 Fevral , 2016 10:49
Bakı Uşaq Teatrında yeni tamaşanın premyerası keçiriləcək

Bakı. 10 fevral. REPORT.AZ/ Bakı Uşaq Teatrında Abdulla Şaiqin "Danışan gəlincik" əsəri əsasında hazırlanan tamaşanın premyerası keçiriləcək. 

"Report" xəbər verir ki, tamaşanın premyerası fevralın 12-də olacaq.

Premyera Qaraçuxur qəsəbəsində yerləşən Q.Abbasov adına Mədəniyyət sarayında tamaşaçılara təqdim ediləcək.

Tamaşanın quruluşçu rejissoru İlhamə Əhmədova, quruluşçu rəssamı Sevda Məmmədova, xoreoqraf Könül Şahbazova, dekorçu rəssamı Zəminə Allahverdiyeva, musiqi tərtibatçısı Rauf Hüseynli və Rəfael Muradxanlıdır.

Rolları Türkan Şahmarlı, Xəyalə Meydanova, Rauf Hüseynli,  Könül Şahbazova, İlhamə Əhmədova, Rəfael Muradxanlı, Günay Pirizadə, Ceyran Baxışova  ifa edəcək. 

Son xəbərlər

Orphus sistemi