Bakı Uşaq Teatrı yeni layihəyə başlayıb

Bakı Uşaq Teatrı yeni layihəyə başlayıb Teatr yay aylarında açıq havada Xaqani bağında maraqlı tamaşalar, əyləncəli oyunlar və şoular təqdim edəcək
İncəsənət
2 İyun , 2016 16:42
Bakı Uşaq Teatrı yeni layihəyə başlayıb

Bakı. 2 iyun. REPORT.AZ/ Bakı Uşaq Teatrı yeni layihənin icrasına başlayıb.

"Report" xəbər verir ki, məqsəd həftəsonu paytaxt sakinlərinin, qonaqların asudə vaxtlarının səmərəli, maraqlı təşkilidir.

Teatr yay aylarında açıq havada, şənbə və bazar günləri saat 19:00-dan 21:00-dək Səbail rayonunda yerləşən Xaqani bağında (Malakan bağı) repertuarında olan maraqlı tamaşaları və balacalar üçün müxtəlif əyləncəli oyunları, şouları paytaxt sakinlərinə təqdim edəcək.

İyunun 4-5-də tamaşaçılara Tofiq İsgəndərlinin iştirakı ilə “İlluziya şou”su, əyləncəli oyunlar, Könül Şahbazovanın quruluşunda “Humayın yuxusu” və İlhamə Əhmədovanın quruluşunda "Danışan gəlincik" tamaşaları göstəriləcək.

Son xəbərlər

Orphus sistemi