Bakı Uşaq Teatrı Türkiyəyə festivala gedib

Bakı Uşaq Teatrı Türkiyəyə festivala gedib Festival Ramazan ayı münasibətilə keçirilir
İncəsənət
2 İyul , 2015 13:06
Bakı Uşaq Teatrı Türkiyəyə festivala gedib

Bakı. 2 iyul. REPORT.AZ/ Bakı Uşaq Teatrının kollektivi Türkiyədə Ramazan ayı ilə əlaqədar keçiriləcək festivalda iştirak etmək üçün bu ölkəyə qastrol səfərinə gedib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Bakı Uşaq Teatrı yayıb.

Səfər Türkiyənin Mərzifon Şəhər Bələdiyyəsinin dəvəti əsasında həyata keçirilir. Festival iyunun 3-dən 5-dək davam edəcək. Hər il ənənəvi olaraq keçirilən festivalda Bakı Uşaq Teatrının kollektivi teatrın repertuarında olan tamaşalardan parçalar, illüziya nömrələri göstəriləcək, klounlar çıxış edəcək və teatrın aktrisalarının ifasında xalq mahnılarından ibarət konsert proqramı təqdim olunacaq. 

Qasrtol səfərində İntiqam Soltanın rəhbərliyi ilə aktyorlardan Tofiq İsgəndərli, Rauf Hüseynov, Vüsalə Bəşirova, Şahin Kazımov, Rəfael Muradxanlı, Günay Pirizadə iştirak edir.

Bakı Uşaq Teatrının kollektivi iyulun 7-də Bakıya qayıdacaq.

Son xəbərlər

Orphus sistemi