Bakı Musiqi Akademiyasında Xuraman Qasımovanın yubileyi qeyd olunub

Bakı Musiqi Akademiyasında Xuraman Qasımovanın yubileyi qeyd olunub Tədbirdə Akademiyanın müəllim və tələbələri iştirak ediblər
İncəsənət
7 İyun , 2016 16:30
Bakı Musiqi Akademiyasında Xuraman Qasımovanın yubileyi qeyd olunub

Bakı. 7 iyun. REPORT.AZ/ Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasında xalq artisti, professor Xuraman Qasımovanın 65 illik yubileyi qeyd olunub. 

"Report" xəbər verir ki, tədbir Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəylinin təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Fidan Qasımova, Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, həmçinin Xuraman Qasımovanın tələbələri iştirak ediblər.

Tədbridə Xuraman Qasımovanın şərəfinə müxtəlif operalardan parçalar səsləndirilib.

Fərhad Bədəlbəyli Bakı Musiqi Akademiyası adından yubilyara hədiyyə təqdim edib.

Xatırladaq ki, X.Qasımova 1951-ci ildə Bakıda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirən sənət adamı  1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solistidir. O, Sevil və Dilbər ("Sevil", F.Əmirov), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C.Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s. oprelarında əsas partiyaları ifa edib. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin, vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqənin Qran-pri qızıl medalına layiq görülüb. "Mən ki gözəl deyildim", "Həyat bizi sınayır" filmlərində aktrisa kimi maraqlı obrazlar yaradıb. 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir. Bakı Musiqi Akademiyasının, 1994-cü ildən isə İstanbul Dövlət Universiteti Konservatoriyasının professorudur. "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi