Bakı metropoliteni Üzeyir Hacıbəylinin doğum günü münasibətilə musiqi proqramı təşkil edəcək

Bakı metropoliteni Üzeyir Hacıbəylinin doğum günü münasibətilə musiqi proqramı təşkil edəcək Proqramda klassik və xalq mahnılarından ibarət əsərlər səsləndiriləcək
İncəsənət
17 Sentyabr , 2016 14:17
Bakı metropoliteni Üzeyir Hacıbəylinin doğum günü münasibətilə musiqi proqramı təşkil edəcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günü münasibətilə sərnişinlər üçün proqram təşkil edəcək.

Bu barədə "Report"a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 18 sentyabr 1995-ci il tarixli 385 saylı fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabr - Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. “Bakı Metropoliteni” QSC də bu əlamətdar günü özünəməxsus qeyd edəcək. Belə ki, “Elmlər Akademiyası”, “28 May” və “İçərişəhər” metro stansiyalarında sərnişinlər üçün simli kvartet və trio qruplarının ifasında musiqi çələngi bəxş ediləcək.

N.Paşayev bildirib ki, proqramda klassik və xalq mahnılarından ibarət əsərlər səsləndiriləcək. Tədbir sentyabrın 18-də saat 11:00-da “Elmlər Akademiyası” metro stansiyasının əsas girişində başlayacaq. 12:15-də “28 May” metro stansiyasında, 13:30-da “İçərişəhər” metro stansiyasında başlayacaq və hər biri 2 saat davam edəcək.

Son xəbərlər

Orphus sistemi