Bakı haqqında yeni film çəkilib

Bakı haqqında yeni film çəkilib Film "Dünya paytaxtları" silsiləsindən ekranlaşdırılıb
İncəsənət
11 Aprel , 2015 14:57
Bakı haqqında yeni film çəkilib

Bakı. 11 aprel. REPORT.AZ/ Macar Kinematoqrafçılar Gildiyasının üzvü, rejissor, prodüser və film direktoru Bela Dospod Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə "Dünya paytaxtları" silsiləsindən Bakı haqqında sənədli film üzərində işini başa çatdırıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb. 

Müəllifin London, Lissabon, Tunis, Bratislava, Praqa kimi paytaxtlardan bəhs edən filmlərinin ardınca Azərbaycan paytaxtı haqqındakı ekran işi yerli telekanallarla nümayiş etdirilib. 26 dəqiqəlik film Budapeştdən Bakıya, artıq neçə ildən bəri burada yaşayan rəfiqəsinin yanına gələn macar gəncinin ölkənin paytaxtı ilə tanışlığını əks etdirir. Onlar birlikdə Bakı və şəhər ətrafını gəzib dolaşırlar. Qobustan qayalarına, neft mədənlərinə, Yanardağa, palçıq vulkanlarına tamaşa edirlər. Tar musiqisi ilə müşayiət olunan film boyu iki macar gənci ölkə haqqında təəssüratlarını bölüşür, həmvətənlərini turist kimi Bakıya gəlməyə, Azərbaycanla daha yaxından tanış olmağa səsləyir.

Son xəbərlər

Orphus sistemi