Azərbaycanlı skripkaçı beynəlxalq müsabiqədə Qran-pri mükafatını qazanıb

Azərbaycanlı skripkaçı beynəlxalq müsabiqədə Qran-pri mükafatını qazanıb Ceyla Seyidova 2015-ci ilin yanvarında Gənclər üçün Prezident Mükafatına layiq görülüb
İncəsənət
1 İyun , 2016 14:19
Azərbaycanlı skripkaçı beynəlxalq müsabiqədə Qran-pri mükafatını qazanıb

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanlı skripka ifaçısı Ceyla Seyidova mayın 21-29-da Moskvada keçirilən Sergey Prokofyev adına II Beynəlxalq Musiqi Müsabiqəsində Qran-pri mükafatını qazanıb.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, Ceyla Seyidova 6 yaşından musiqi ilə məşğul olur və skripka sahəsində ixtisaslaşıb. 2004-cü ildə Kövkəb Səfərəliyevaya həsr edilmiş Gənc ifaçıların I festivalının qalibi olub. 2005-ci ilin iyununda Tbilisi şəhərində keçirilən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş beynəlxalq festivalın laureatı adına, 2007-ci ildə isə Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının "Qızıl" kitabına yazılıb. O, 2010-cu ildə Spivakov adına VII Beynəlxalq Musiqi Festivalının laureatı olub. 2011-ci ilin mart ayında Belçikanın Nəmur şəhərində keçirilən "Bravo" IV Beynəlxalq Müsabiqəsində birinci yerə layiq görülüb. 2014-cü ilin iyul ayında Yunanıstanın Rodos şəhərində VII Beynəlxalq Musiqi Müsabiqəsində birinci yeri tutub.

Qeyd edək ki, Ceyla Seyidova Prezident İlham Əliyevin 31 yanvar 2015-ci il tarixli sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi