Azərbaycanlı dizayner və modelyerlərin əl işlərinin sərgisi keçiriləcək

Azərbaycanlı dizayner və modelyerlərin əl işlərinin sərgisi keçiriləcək Sərgi noyabrın 13-də "Natəvan" qalereyasında olacaq
İncəsənət
10 Noyabr , 2015 17:15
Azərbaycanlı dizayner və modelyerlərin əl işlərinin sərgisi keçiriləcək

Bakı. 10 noyabr. REPORT.AZ/ "Natəvan" qalereyası azərbaycanlı dizayner və modelyerlərin əl işlərindən ibarət sərgi keçirəcək. 

"Report" xəbər verir ki, sərginin açılışı noyabrın 13-də "Natəvan" qalereyasında olacaq. 

Sərgidə modelyerlərin hazırladığı geyimlərlə yanaşı, müxtəlif aksessuarlar da nümayiş etdiriləcək.

Qeyd edək ki, sərgidə dizayner rəssamlar Turan Kərimbəyli və Natəvan Əliyevanın gildən, ağacdan hazırladığı maraqlı əl işləri, rəsm əsərləri təqdim ediləcək. 

Sərgi noyabrın 15-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi