Azərbaycanlı alimin fotosu Yaponiyada xüsusi mükafata layiq görülüb

Azərbaycanlı alimin fotosu Yaponiyada xüsusi mükafata layiq görülüb Yaponiyada keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycanı Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin üzvləri təmsil edib
İncəsənət
12 Oktyabr , 2016 11:59
Azərbaycanlı alimin fotosu Yaponiyada xüsusi mükafata layiq görülüb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Yaponiyanın Haçiyoci şəhərində keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycanı Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin üzvləri təmsil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə keçirilən festivalda əvvəlcə şəhər bələdiyyəsinin sədri Takaşi İşimori çıxış edib. 

O bildirib ki, şəhərdə yaşayan Azərbaycan, Seneqal, ABŞ, Səudiyyə Ərəbistanı, Danimarka, Hindistan, Pakistan, Qana və digər ölkələrin nümayəndələrinin qatıldığı festival bu xalqların bir-birinin mədəniyyətini, adət-ənənəsini, dilini öyrənmək və dostluq münasibətləri qurmaq baxımından əhəmiyyətlidir.

Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, Heydər Əliyev Fondunun yapon dilində dərc etdiyi nəşrlər, “İRS-İsan” jurnalının nömrələri təqdim olunub. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu eksponatlar tədbirdə iştirak edən yaponlar, eləcə də digər xalqların nümayəndələri tərəfindən maraqla qarşılanıb. Mərkəzin sədri, elktronika sahəsində tanınmış alim Xəlil bəy Kələntərli həmin nəşrlərin nümunələrini Haçiyocidə yerləşən “Endo” kitabxanasının müdiri Yoşiko Endoya təqdim edib.

Festival çərçivəsində keçirilən təqdimat mərasimində Tokio Xarici Dillər Universitetinin tələbəsi, diaspor təşkilatını üzvü Ayan Sultanlı bu il Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd edildiyini iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, ötən dövrdə böyük uğurlara imza atan Azərbaycan beynəlxlaq aləmin ayrılmaz parçasına, siyasi və iqtisadi sahədə etibarlı müttəfiqə çevrilib. Dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanda bu gün beynəlxalq tədbirlər, konsert və idman yarışları yüksək səviyyədə təşkil olunur. 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edildiyini vurğulayan A.Sultanlı Azərbaycanın tolerant, müxtəlif dinlərin dostluq şəraitində yaşadığı nümunəvi ölkə olduğunu bildirib.

Festival çərçivəsində təşkil edilən fotomüsabiqədə X.Kələntərlinin azərbaycanlı Mirayın əks olunduğu “Yaman təəccübləndim” fotosu xüsusi mükafata layiq görülüb.

Son xəbərlər

Orphus sistemi